YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır

“Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr edirik. Bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik”. Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən məqamlardır. Onun sözlərinə görə, Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazanadığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.
“Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakteri daşıyır. Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil digər sahələrdə də inkişafına səbəb olmuşdur. Turizimin və mədəniyyətin inkişafı ilə yanaşı, eləcədə iqtisadi əlaqələrin də genişlənməsinə təkən verən bu oyunların təməlində məhz Azərbaycan dövlətinin hərtərəfli inkişafı durur.
Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözssüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır”-deyə, A.Abiyev vurğulayıb.