YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: 2019-cu il də Azərbaycan üçün uğurlu illərdən biri olacaq

“Aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qeyd olunan məqamlar göstərir ki, Azərbaycan iqtisadiyyatının bütün sahələri uğurla inkişaf edir, sosial sahədə inqilabi islahatlar həyata keçirilir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, birinci rüb ərzində büdcə daxilolmalarında 200 milyon manatdan çox artım əldə olunmuş, ümumidaxili məhsulun həcmi 3%, sənaye istehsalı 4,4%, qeyri-neft sənayesi 15,6%, kənd təsərrüfatı 3,6% əhalinin gəlirləri 5,5% artmış, infilyasiya aşağı səviyyədə - 2,1% olmuşdur. Ölkə iqtisadiyyatına qoyulmuş 2,8 milyard dollar sərmayənin 2 milyardı qeyri-neft sektorunun payına düşür. Dünya Bankının “Doinq Business” hesabatında azərbaycan 25-ci yerə layiq görülmüş və dünyanın 10 ən islahatçı ölkəsi arasındadır. Bu ilin əvvəlindən böyük həcimli sosial paketin icrasına başlanmışdır. Minimum əmək haqqı və minimum pensiyalar təxminən 40% , sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlər 50% artırılmışdır. Eyni zamanda Şəhid ailələrinə, Qarabağ müharibəsi əlilərinə verilən müavinətlər, tələbələrin təqaüdləri artırılmış, problemli kreditlərlə bağlı məsələlər və vaxtilə tikilən , lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problem həll edilmişdir. Vətəndaşların müraciətlərini nəzərə alaraq təbii qaz istehlakı üzrə müəyyən olunmuş limitin artırılaraq may ayının birindən 2200 kub.metr təsdiq edilməsi göstərir ki, başlamış sosial islahatlar davam edir və bunda sonra da davam edəcək.

“Cənab Prezident İlham Əliyevin yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirdi. Dövlətimizin başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər , xarici sərmayələrin cəlbi, şəhid ailələri və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışdı. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerlərinin yaradıldığını, əhalinin sayıının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən cənab Prezident İlham Əliyev bildirdi ki, bu ildə sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində olacaq. Sonda cənab Prezident İlham Əliyev 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə edib”-deyə, R.Əliyev qeyd edib.