YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatı "Səhiyyəmizin bu günü və sabahı" mövzusunda tədbir keçirib

May 1-də YAP Pirallahı rayon təşkilatı "Səhiyyəmizin bu günü və sabahı" mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda səhiyyə sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. " Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi ilə inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir".

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğulayıb.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini söyləyib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli isə çıxışında rayonunun səhiyyə sistemi bağlı nəzərdə tutulan layihələr barədə məlumat verib.

Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digər tədbir iştirakçıları Pirallahı rayonunun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitə görə dövlət rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.