YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DSMF növbəti regional “Açıq qapı günü”-vətəndaş forumunu İmişlidə keçirib

“Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib.Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Bu barədə oktyabrın 30-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişlidə keçirdiyi “Açıq qapı günü”-vətəndaş forumunda məlumat verilib.

Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan bu regional tədbirə İmişli, Füzuli, Cəbrayıl, Beyləqan, Xocavənd, Ağcabədi, Zərdab, Laçın, Sabirabad və Saatlı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.

Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Ötən dövr ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapmışdır.

Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Forumda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, sosial sığorta haqlarının onlayn ödənişi və elektron hesabat təqdim edilməsi, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi digər çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.

 Regional “Açıq qapı” günündə iştirakçıların mövzu ilə bağlı təklifləri müzakirə olunub, sualları cavablandırılıb.