YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Zərifə xanım Əliyevanın yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir

“Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir.

“Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir. İnsan Yaradan tərəfindən maddi və mənəvi sınaqlara  məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxırsa bax, əsil insan da odur. Belə şəxslərə Allah hər iki dünyada əbədi səadət bəxş edir.Zərifə  Əliyeva da da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Son dərəcə  vətənpərvər, ləyaqətli şəxsiyyət, ailə  səadətinin qoruyucusu, fədakar ana, ən əsası isə xeyirxah insan. Bu gün Zərifə Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.