YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Azərbaycan və Türkiyə olaraq qarşımızda duran əsas vəzifələrdən biri dünyada erməni yalanlarının ifşa edilməsi istiqamətində işlərimizi daha da gücləndirməkdir

“Azərbaycan və Türkiyə olaraq qarşımızda duran əsas vəzifələrdən biri bəşəriyyətə ermənilərin və onların havadarlarının yalanlarının əsassız olduğunu sübuta yetirmək üçün lazım olan işləri sistemli şəkildə həyata keçirmək, resurslarımızı birləşdirməkdir. Bu prosesdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, 1 milyondan çox azərbaycanlının bu işğal nəticəsində məcburi köçkünə çevrilməsi daim diqqət mərkəzində olmalıdır. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin  müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində maddi və mənəvi sərvətlərimiz talan edilib,  böyük humanitar fəlakət baş verib. Biz səylərimizi daha güclü şəkildə birləşdirərək dünyaya çatdırmalı, uydurma “erməni soyqırımını” qətiyyətlə pisləməliyik.

“Təəssüflə qeyd etməliyik ki, vaxtilə dünyanın ayrı-ayrı bölgələrində işğal siyasəti həyata keçirən və böyük insan tələfatlarına səbəb olan qırğınları reallaşdıran dövlətlər uydurma “erməni soyqırımını” tanıyır,  bu yöndə Ermənistana dəstək göstərirlər. Buna görə də bizim çox ciddi təbliğat işlərinə ehtiyacımız var. Son illər aparılan uğurlu diplomatik səylər nəticəsində Xocalı soyqırımının tanınması üçün xeyli işlər görülüb, bir sıra dövlətlərin parlamentləri bu qətliamı soyqırımı kimi tanıyıb. Bütün bunların nəticəsində yalançı “erməni soyqırımının” mahiyyətinə zərbə vurulub. Buna baxmayaraq bizim qarşımızda bu istiqamətdə böyük vəzifələr dayanır. Bu məsələdə Türkiyə və Azərbaycan daim birlik nümayiş etdirməli, vahid milli iradə ortaya qoyulmalıdır”-deyə, YAP Sədrinin müavini vurğulayıb.