YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin bələdiyyə seçkiləri ilə əlaqədar ümumrespublika müşavirəsi keçirilmişdir

Oktyabrın 29-da  Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.

Müşavirədə bələdiyyə seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Vurğulanmışdır ki, partiyada aparılan müzakirələr əsasında yerli təşkilatların bələdiyyələrə namizədlərin irəli sürülməsi barədə təklifləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin oktyabr ayının 25-də keçirilən iclasında təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq qarşıdakı günlər ərzində Yeni Azərbaycan Partiyasının bələdiyyələrə namizədlərinin dairə seçki komissiyalarına irəli sürülməsi, imzaların toplanması və digər sənədlərin hazırlanması, ümumiyyətlə namizədlərin qeydə alınması təmin edilməlidir. Müşavirədə partiyanın yerli strukturlarının qarşıda duran vəzifələrin yerinə yetirilməsi məqsədilə səfərbər edilməsi, irəliyə sürülən namizədlər üçün treninqlərin təşkil edilməsi tövsiyyə olunmuş, seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün digər zəruri tapşırıqlar verilmişdir.

Müşavirədə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bələdiyyələrə namizədlərin irəli sürülməsi barədə iclasının  qərarı və protokolu, eləcə də  İcra Katibliyi tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanmış müvafiq seçki sənədləri, o cümlədən partiya tərəfindən irəli sürülmüş  namizədlərin uygun dairə seçki komissiyalarına təqdim edəcəyi sənədlər rayon və şəhər təşkilatlarının sədrlərinə təqdim edilmişdir.

Müzakirələr nəticəsində belə bir əminlik ifadə olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərin yüksək etimadını qazanacaq və növbəti mərhələdə  də YAP-ı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər.