YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır

“Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, son bir ilin mühüm addımlarından biri kimi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş sayca dördüncü “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu qeyd olunmalıdır. Onun sözlərinə görə, 2018-ci ildən bəri bölgələrə xeyli sayda səfər edən Prezident İlham Əliyev bu səfərlər zamanı həm görülən işlərə nəzarət edir, həm də yerlərdə vətəndaşlarla görüşür, onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verir.

“Bölgələrin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə əlaqədar biri-birindən önəmli sərəncamlar imzalanıb. Hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da qeyri-neft sektorunun inkişafının prioritet olmasından xəbər verir”, - deyə deputat qeyd edib.