YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı davamlı olaraq gücləndirir. Bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki,  Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bütün sahələrdə mühüm nəticələr verməkdədir. Onun sözlərinə görə, ötən il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etməkdədir.

“Son bir ildə respublikamızın dəyişən, müasirləşən həyatı, yaranan müsbət reallıqlar, ölkənin bütünlüklə inkişafa istiqamətlənməsi onu deməyə əsas verir ki, cənab İlham Əliyev seçkilər zamanı ölkənin gələcək inkişafı ilə bağlı vədlərini cəmiyyətə bəyan edərkən reallıqları əsas götürüb. Eyni zamanda, dövlətimizin başçısı  seçkilərdən sonrakı bir ildə çox məhsuldar, genişmiqyaslı, səmərəli fəaliyyətin nəticəsi olaraq verdiyi vədlərin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində böyük uğurlara imza atıb. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü iqtisadiyyat quruculuğuna nail olub. Son 16 ildə  milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir  ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Dövlət başçısının qətiyyətinin və siyasi iradəsinin nəticəsidir ki, seçkilərdən sonra ölkəmizdə iqtisadi inkişafın davamlılığını, o cümlədən də qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən tədbirlər uğurla reallaşdırılıb. Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir. İslahatlar əhəmiyyətli nəticələr verməkdədir”-deyə, D.Cəbrayılova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv