YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Həmzəyeva: Azərbaycanın bir çox dövlətlərlə geniş mədəni əlaqələri mövcuddur

“Azərbaycan xalqı zəngin mədəniyyətə, mədəni dəyərlərə sahibdir. Əsrlər boyu bu dəyərlər yaşayaraq bu günümüzə qədər gəlib çatıb”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, bu gün Azərbaycan mədəniyyəti özünün yüksək inkişaf mərhələsindədir. Onun sözlərinə görə, bu sahə dövlətin qayğısı ilə əhatə olunub.

“Çox yaxşı haldır ki, Azərbaycanın bir çox dövlətlərlə geniş mədəni əlaqələri mövcuddur. Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi buna əyani sübutdur. Belə bir tədbirin keçirilməsi hər iki xalqın həyatında əlamətdar hadisədir. Bilirsiniz ki, Azərbaycanı və Rusiyanı bir çox sahələrdə mehriban qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. Rusiyada da Azərbaycan mədəniyyəti günləri keçirilib. Möhtəşəm tədbirin açılış mərasimində iştirak edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko da bildirib ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Məhz bu, iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində gələcək əməkdaşlığına təkan verir. Təbii ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının müstəsna rolu var. Ona görə də, əlaqələrimiz daim yüksələn xətlə inkişaf edir. Hesab edirəm ki, Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi qarşılıqlı əlaqələrimizin inkişafına özünün töhfəsini verəcək”-deyə, deputat qeyd edib.