YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT və Aİ Azərbaycanda yeni layihə işə salır

BMT və Avropa İttifaqı Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə üzrə “EU4Climate” regional layihəsini işə salır.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Qatti Bakıda layihənin təqdimatı zamanı deyib.

Layihənin maliyyələşdirilməsi ilə BMT və Aİ məşğul olacaq.

S.Qatti qeyd edib ki, Aİ iqlim dəyişikliyi ilə mübarizə məsələlərində Azərbaycanla əməkdaşlıq edir:

“Bu layihə Azərbaycanda Paris sazişində əks olunan tədbirləri reallaşdırmağa kömək edəcək, eləcə də bu istiqamətdə qanunvericiliyin təkmilləşməsini dəstəkləyəcək”.

Bu layihənin “Şərq tərəfdaşlığı” ölkələrində - Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistanda reallaşdırılması nəzərdə tutulur.