YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər birliyinin V hesabat-seçki konfransı keçirilmişdir

12 aprel 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər birliyinin V konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Konfransda 61 ərazi ilk partiya təşkilatından seçilmiş 300 nəfər nümayəndənin 268 nəfəri iştirak etmişdir. 

Konfransın işində Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lüfvəli Babayev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Milli Məclisin deputatlarından Jalə Əliyeva və Cavid Osmanov da iştirak etmişdir.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova konfransın gündəliyi haqqında məlumat vermişdir.

Konfransda YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Ələkbər Kərimovun hesabatı dinlənilmişdir. Ə.Kərimov öz çıxışında rayon təşkilatının ötən konfransdan sonrakı dövr ərzindəki fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, YAP Zərdab rayon təşkilatının üzvlərinin sayı 6186 nəfəri keçmişdir, onlardan gənclərin sayı 1745 nəfərdir. YAP Zərdab rayon təşkilatının Gənclər birliyinin üzvlərinin 762 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərimizin 561 nəfəri ali, 291 nəfəri orta ixtisas, 893 nəfəri orta təhsillidir. Gənclərin 415 nəfəri təhsil, 114 nəfəri səhiyyə, 138 nəfəri idarəetmə, 101 nəfəri elm, mədəniyyət və incəsənət sahəsində,  qalan 967 nəfər isə digər idarə və müəssisələrdə çalışır. Sıralarımızda olan gənclərin 3 nəfəri Avropa Çempionu, 1 nəfəri Dünya Çempionu, 3 nəfəri Respublika Çempionu, 1 nəfəri İdman Ustasısıdır. 66 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq, bələdiyyə üzvü seçiliblər. Ən əhəmiyyətlisi odur ki, rayonun əsas istehsal sahələrində, idarəetmə orqanlarında YAP-ın gənc üzvlərinin sayı günbə-gün artmaqdadır. Beləliklə YAP Zərdab rayon təşkilatı Gənclər Birliyi rayonun bütün ictimai - siyasi həyatına təsir etmək imkanlarını, cəmiyyətdəki nüfuzunu daha da gücləndirir. Gənclər Birliyi rayonda fəaliyyət göstərən dövlət və qeyri hökumət təşkilatları və ictimai birliklərlə əməkdaşlıq şəraitində öz işini qurmaqla gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi və asudə vaxtlarının səmərəli keçirilməsi, onların hazırki durumu, qayğıları, problemləri və istəklərinin öyrənilməsi və düzgün yönləndirilməsi istiqamətində öz işini səmərəli şəkildə qurmağa çalışmışdır.

Daha sonra partiyanın gənc üzvləri- Rəmzi Şirinov, Nərmin Babaşova,  Vəfadar İbrahimzadə çıxış edərək, partiyanın yaranma tarixi, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və dövlət gənclər siyasətinin uğurları, bugünkü gündə gəncləri düşündürən və eyni zamanda onları narahat edən məsələlər barədə məlumat veriblər.

Konfransda təşkilati məsələlərə də baxılıb.  YAP Gənclər birliyinin 17 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyəti seçilib. Gizli səsvermə yolu ilə Yarməmmədbağı kənd tam orta məktəbinin müəllimi

Rəmzi Şirinov YAP Zərdab rayon təşkilatın Gənclər Birliyinin sədri seçilib. Nərmin Babaşova və Vəfadar İbrahimzadə sədrin müavinləri seçiliblər.

YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov və Nərmin Babaşova YAP Gənclər Birliyinin Bakıda keçiriləcək V  konfransına nümayəndə seçiliblər.

Daha sonra toplantıda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatları Jalə Əliyeva və Cavid Osmanov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Zərdab rayon gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.

Konfransda çıxış edən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli yol, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli  inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlar barədə geniş məlumat verib.

Yekunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.

DİGƏR Partiya xəbərləri Arxiv