YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Suraxanı rayon təşkilatında “Böyük zəfərlərin carçısı - İlham Əliyev!” mövzusunda tədbir keçirilib

Aprelin 11-də Yeni Azərbaycan Partiyası  Suraxanı rayon təşkilatında cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin bir illiyinə həsr olunmuş “Böyük zəfərlərin carçısı - İlham Əliyev!” adlı tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov son prezident seçkilərindən ötən bir il ərzində Azərbaycanda bütün sahələr üzrə inkişafın qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu müddətdə Prezident İlham Əliyev milli maraqlarımıza əsaslanan dövlət siyasətini uğurla davam etdirib. V.Seyidov bu dövrdə Suraxanı rayonunda da həyata keçirilən quruculuq işləri barədə məlumat verib.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu son prezident seçkilərindən ötən bir ilin Azərbaycan üçün çox uğurlu il olduğunu bildirib.

Tədbirdə çıxış edən şəhid anası Saray Quliyeva dövlətimizin, şəxsən Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. O, şəhid ailələrinin dövlətimizin başçısının siyasətini birmənalı şəkildə dəstəklədiyini qeyd edib.

Fəal gənc Arzu Məmmədli isə çıxışında dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən danışıb. O, Azərbaycan gəncliyinin dövlət başçısının ətrafında sıx birləşdiyini söyləyib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub.

Tədbirdə çıxış edən Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf etdiyini, beynəlxalq müstəvidə rolunun gücləndiyini bildirib.

Sonra tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir öz işini ədəbi-bədii hissə ilə davam etdirib.

DİGƏR Partiya xəbərləri Arxiv