YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Aprelin 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.

YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Uğur Qurbanzadə hesabat məruzəsi ilə çıxış edib.

Toplantıda çıxış edən Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Lənkəran gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.

Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Lənkəran şəhər təşkilatının məsləhətçisi Teymur Babazadə təşkilatın Gənclər Birliyinin sədri seçilib. Toplantıda, həmçinin şuranın 15 nəfərdən ibarət tərkibi, eləcə də 9 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi təsdiqlənib.