YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın təşkilatçılığı ilə Ağcabədidə “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda müşavirə keçirilir

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədi rayonunda “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda regional müşavirə keçirilir.  Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini– icra katibi Əli Əhmədovun iştirak etdiyi müşavirədə YAP-ın Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının fəalları və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.