YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alman portalında Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xəbər yerləşdirilib

Almaniyanın “Berliner Press” internet-nəşri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xəbər yerləşdirib. Materialda 2019-cu il aprelin 6-da saat 03:30-da Bakıda Azərbaycan vətəndaşının ailəsində qız uşağının dünyaya gəlməsindən bəhs edilir, körpənin boyu və çəkisi haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkənin 10 milyonuncu sakininin xoşbəxt valideynlərini təbrik ediblər.