YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Ötən illər ərzində bütün elmi istiqamətlər üzrə böyük nailiyyətlərə imza atılıb

“Azərbaycanda dövlət elmin inkişafına daim diqqət göstərir”. Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, ötən illər ərzində bütün elmi istiqamətlər üzrə böyük nailiyyətlərə imza atılıb, uğurlu elmi nəticələr əldə olunub. Onun sözlərinə görə, Azərbaycanda elm məktəbləri yaradılıb.

“AMEA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovdan başlayaraq akademiyanın digər prezidentləri də Azərbaycan elminin inkişafına dəstək veriblər. Müstəqillik dövründə Azərbaycanda, həmçinin yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər qazanılıb. Prezident İlham Əliyev elmin inkişaf istiqamətində müvafiq sərəncamlar imzalayıb. Dövlət başçısı AMEA-nın 70 illik yığıncağındakı nitqində Azərbaycan elminin gələcək inkişafının təməlini, yollarını, istiqamətlərini müəyyən edib. Azərbaycan elminin inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Bu gün Azərbaycan elmi inkişaf yollarındadır”-deyə, akademik vurğulayıb.