YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Aprelin 5-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bununla əlaqədar keçiirlən tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində vətəndaşların sosial rifahı faktoru mühüm yer tutur. “Yeni Azərbaycan Partiyasının fəaliyyətində də sosial məsələlər daim diqqət mərkəzindədir. Partiyanın Gənclər Birliyi olaraq biz də sosial yönümlü layihələr həyata keçiririk. Bu baxımdan, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə əməkdaşlıq haqqında Memorandum imzalanması əhəmiyyətlidir”-deyə, S.Orucov vurğulayıb.

YAP Gənclər Birliyinin sədri deyib ki,  “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi fəaliyyəti genişdir və bu mərkəzin regionlarda filialları fəaliyyət göstərir. S.Orucov gələcəkdə YAP Gənclər Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə sosial layihələr keçirəcəyini diqqətə çatdırıb.

Çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, “Loqos” fəaliyyət göstərdiyi müddət ərzində birçox uğurlara imza atıb. Mərkəzdə 300 nəfərin çalışdığını deyən T.Məmmədova “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində YAP ərazi ilk partiya təşkilatının da fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən danışan T.Məmmədova  YAP Gənclər Birliyi ilə birgə sosial layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını deyib.

Sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əməkdaşlıq haqqında Memorandum imzalayıblar.