YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcü nazir: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Azərbaycanlı gənclər Gürcüstanın inkişafında və Avropaya inteqrasiyasında fəal rol oynayırlar və bu, bizi çox sevindirir.

Bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərə müsahibəsində deyib.

Bu gün Marneulidə açılışı olan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin azərbaycanlı gənclərin inkişafına və inteqrasiyasına dəstək verəcəyini diqqətə çatdıran dövlət naziri bildirib: “Gürcüstan hökuməti mərkəzin yaradılmasını yüksək qiymətləndirir. Gənclər dövlət quruculuğuna və inkişafına öz töhfələrini verməlidirlər. Bu istiqamətdə Gürcüstana dəstək göstərən azərbaycanlı dostlarımıza təşəkkür edirik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ölkələrimiz arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək və daha da dərinləşəcək”.