YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı

“Prezident İlham Əliyevin Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğın hadisəsini dərhal ciddi nəzarətə götürməsi, zərərçəkən sahibkarlara dövlət tərəfindən yardım göstərilməsi ilə bağlı tapşırıq verməsi təqdirəlayiqdir və bütövlükdə cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

C.Paşazadə bildirib ki, dünya ölkələrində bu tipli qərarlar qəbul olunmasa da, Azərbaycan bu baxımdan tamamilə fərqlənir. Bu, bilavasitə vətəndaşların mənafeyinə xidmət edir.

“Dövlət başçısının imzaladığı “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat ayrılıb. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hər zaman vətəndaşların yanındadır. Məlumdur ki, dövlətimiz əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır. Onu da qeyd etmək lazımdır ki, sahibkarlar da cəmiyyətimizin bir təbəqəsi olaraq dövlətin dəstəyindən bəhrələnirlər. Bu gün Azərbaycanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi mövcuddur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Sahibkarlar müxtəlif sahələrdə, istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Cənab Prezident dövlətin hər zaman sahibkarların yanında olacağını bəyan edib”, - deyə millət vəkili əlavə edib.