YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirilir

«Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirilir». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası bu məsələ ilə bağlı müntəzəm olaraq

təşəbbüslər reallaşdırıb. Onun sözlərinə görə, bu yöndə mətbuat orqanlarının monitorinqi mühüm əhəmiyyət daşımaqdadır.

«Monitorinqlərdə əsasən leksik, qrammatik, üslub pozuntularına diqqət yetirilir. Eyni zamanda, müxtəlif maarifləndirici tədbirlərlə medianın dil məsələlərinə önəm verməsinin vacibliyi diqqətə çatdırılır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" qəbul edilib. Bu sənəd Azərbaycan dövlətinin dil məsələlərinə həssas münasibətinin göstəricisidir. Proqramla əlaqədar

Mətbuat Şurasının üzərinə də icra məsuliyyəti düşür. Buna görə də qurum həm monitorinqlərini davam etdirir, həm də müxtəlif maarifləndirici tədbirlər həyata keçirir»- deyə, Ə.Amaşov qeyd edib.