YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

bp təmsilçisi Julian Bovden: “Cənub” qaz dəhlizi layihəsi Avropa üçün böyük əhəmiyyət kəsb edir

2035-ci ilədək Avropanın qaza olan tələbatı hər il 1 faiz artacaq, qaz hasilatı isə aşağı düşəcək. Qitədə tələbatı ödəyəcək təkliflər çox azdır. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsi Avropa üçün böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə konfransdakı çıxışında bp şirkətinin nümayəndəsi Julian Bovden səsləndirib. O, Azərbaycanın enerji balansında təbii qazın əhəmiyyətli rol oynayacağını, “Cənub” qaz dəhlizi layihəsində Cənub Şərqi Avropa ölkələrinin iştirakını xüsusi qeyd edib. İtaliya və Türkiyə bu regionda böyük bazar olacaq.