YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram.”