YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu” mövzusunda Beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Linqvistika Universitetində “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu” mövzusunda Beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu konfransın işində fəxri qonaq qismində iştirak edib. O, Azərbaycanda multikulturalizm mövzusunda məruzə ilə çıxış edib.

Konfransda mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəlsəfi əsasları, Rusiyanın, habelə Avropa, Aşıya və Amerika qitələri ölkələrinin tarixi-mədəni irsi, sivilizasiyalar sistemində ilahiyyat, mədəniyyətlərarası dialoq və dini kommunikasiyanın pozulması və s. kimi mövzular ətrafında maraqlı diskussiyalar aparılır.

Konfrans iştirakçıları mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası qarşılıqlı fəaliyyətin aktual modellərini və prinsiplərini müzakirə edirlər.