YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İtaliyada keçirilən Beynəlxalq folklor festivalında təmsil olunub

Azərbaycan İtaliyanın Sambuka şəhərində keçirilən Beynəlxalq folklor festivalında təmsil olunub.

“Erasmus plus” proqramı və “Art Act Together 2” layihəsi çərçivəsində həyata keçirilən festivalda müxtəlif mədəniyyətlərin nümayəndələri bir araya gələrək ölkələrinin adət və ənənələrini, incəsənətini tanıtmaq imkanı əldə ediblər.

Tədbirdə Azərbaycan ilə yanaşı Belarus, Bolqarıstan, İtaliya, İspaniya və Macarıstandan nümayəndələr də təmsil olunublar.

Festival çərçivəsində “Azərbaycan günü” keçirilib.

Tədbirdə milli rəqslərimiz, musiqimiz nümayiş olunub, mətbəximizin özünəməxsus təamları böyük maraqla qarşılanıb.