YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir

«Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlətin vətəndaşlara qarşı humanist mövqeyini əks etdirir. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin daxili siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, dövlət öz vətəndaşlarına qarşı kifayət qədər humanist mövqedədir. Onun sözlərinə görə, vətəndaşların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, onların öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələri diqqət mərkəzindədir.

«Humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə onsuz da güclü olan etimadını daha da qüvvətləndirir. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən uğurlu vətəndaş-dövlət münasibətləri formalaşır» - S.Qafarova qeyd edib.