YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir

“Martın 13-də Avropa Parlamentinin plenar iclasında böyük səs çoxluğu ilə “Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə avropa əlehinə təbliğata strateji cavab tədbirləri” barədə mühüm qətnamə qəbul edilib. Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə alt komitənin sədri Anna Fotuqanin müəllifi olduğu qətnamə ilə üçüncü ölkələrdən yönəlmiş dezinformasiyalara qarşı tədbirlərin görülməsi üçün Avropa İttifaqının xarici siyasət xidmətinə tövsiyə qəbul edilib. Tövsiyədə göstərilir ki, belə dezinformasiyaların yayılması Şərq tərəfdaşlığı ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirirb ki, həmin gün plenar iclasda böyük səs çoxluğu ilə daha bir qətnamə qəbul edilib. Onun sözlərinə görə, “Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayyəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə tövsiyələr” haqqında qətnamədə qeyd olunur ki, Avropa İttifaqının xüsusi nümayyəndələrinin fəaliyyət dairəsi, onların mandatı və rolu Avropa İttifaqının xarici siyasət üzrə müəyyənləşdirilmiş Qlobal strategiyasına uyğun olmalıdır. Bu strategiya Avropa İttifaqının xarici siyasətinin əsaslarını müəyyənləşdirən konsepsiya olaraq Avropa İttifaqı daxilində və ondan kənarda olan dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığı prinsiplərini Avropanın təhlükəsizliyinin əsas elementləri kimi qəbul edib.

“Faktiki olaraq Avropa Parlamentinin bir plenar iclasında iki dəfə böyük səs çoxluğu ilə Şərq tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq olduğunu nümayiş etdirilib. Bu sadəcə bir diplomatik uğur deyil. Son dörd il ərzində Avropa İttifaqının bütün institutları  müntəzəm olaraq əsas sənədlərində Şərq tərəfdaşlığı, həm də Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıdığını təsdiq edib. Avropa Parlamentinin son iki qətnaməsinin Ermənistanın baş nazirinin Brüsselə səfərindən bir həftə sonra qəbul edilməsi “konyak diplomatiyasına” havadarlıq edənlərə ciddi mesajdır. Azərbaycan hazırda Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir. bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə böyük dəyişiklər müşahidə olunur. 500 milyon əhalisi olan bir İttifaqla 28 illik müstəqillik tarixi olan Azərbaycan arasında bərabərhüquqlu dialoqa əsaslanan qarşılıqlı münasibətlər formalaşıb. Şərq tərəfdaşlığı ölkələrinin heç biri buna nail olmayıb. Qeyd olunan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, balanslaşdırılmış siyasət nəticəsində əldə olunmuşdur. Əminliklə demək olar ki, cənab Prezidentin bu siyasəti nəticəsində bütün Azərbaycan xalqının səbirsizliklə həllini gözlədiyi Dağlıq Qarabağ məsələsi də öz həllini tapacaq”-deyə, R.Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv