YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olublar

Xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq ziyarəti təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət hərbi attaşeyə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

Hərbi attaşelərin ziyarəti zamanı hərbi hissədə olan əsas texniki nümunələr haqqında məlumat verildikdən sonra onlar praktiki nümayiş etdirilib.

Sonda hərbi hissə tərəfindən xarici qonaqlara Novruz bayramı münasibətilə ziyafət təşkil olunub.