YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Humanizm siyasəti Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir

«Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi mütəmadi xarakter daşıyır. Bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi dəyərləndirilməlidir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquqları ən yüksək səviyyədə təmin olunub və dövlət öz vətəndaşlarına humanist münasibətini davam etdirir. Onun sözlərinə görə, bu da Azərbaycanın müsbət beynəlxalq imicinə əhəmiyyətli töhfələr verir”.

«Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilən əfv sərəncamı beynəlxalq səviyyədə də təqdir olunur. Çünki Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam yüksək humanizm nümunəsi və vətəndaşlara verilən ali dəyəri özündə ehtiva edir. Təsadüfi deyil ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton, təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle birgə bəyanat yayaraq Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamını alqışladıqlarını bildiriblər. Bu, Azərbaycanda vətəndaşlara humanist münasibətə verilən adekvat qiymətdir» - deyə, S.Fətəliyeva vurğulayıb.