YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekununda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019-2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

DİGƏR Xəbərlər Arxiv