YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət Hacıyev: Prezident İlham Əliyevin sərəncamı Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artıracaq

Prezident İlham Əliyevin Azərbaycan Dövlət Rus Dram Teatrına və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verilməsi haqqında sərəncamı dövlətin Azərbaycan teatrlarına diqqət və qayğısını göstərir.

Bunu Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

Ə.Hacıyev qeyd edib ki, bu sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır.

Direktor vurğulayıb ki, hər il Dövlət Rus Dram Teatrının repertuarına 6-7 yeni tamaşa daxil edilir: "Teatr müasir tamaşaçının maraq və zövqünü nəzərə alaraq böyüklər və kiçiklər üçün tamaşalar hazırlayır. Teatrda tamaşaların rus dilində hazırlanması ölkəmizin qonağı olan turistlərin də bu teatra maraq göstərməsinin əsas səbəbidir. Təsadüfi deyil ki, son illər teatrın tamaşaçılarının arasında turistlərin sayının artması müşahidə olunur".

Onun sözlərinə görə, bundan başqa, teatrın yaradıcı truppası vaxtaşırı MDB məkanındakı teatrların qonağı olur və beynəlxalq festivallarda iştirak edir: "Repertuardakı tamaşalar tanınmış və nüfuzlu teatrların səhnəsində oynanılır ki, bu da Azərbaycan mədəniyyətinin tanınmasında böyük rola malikdir".