YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: 2019-cu ildə sosial sahədə atılan addımlar böyük sosial islahatlar paketinin tərkib hissəsidir

“Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin, maliyyə imkanlarının artmasına şərait yaradıb və Prezident İlham Əliyev ilk növbədə bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edib”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə sosial sahədə atılan addımlar böyük sosial islahatlar paketinin tərkib hissəsidir. YAP İcra katibinin müavini əlavə edib ki, bu addımlar cənab Prezident İlham Əliyev tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda onun reallaşdırılması prosesi gedir:Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bildiyiniz kimi, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib. Bu il minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırıldı. Eləcə də dövlət qulluğunda çalışan insanların əməkhaqqlarının artırılması nəzərdə tutulub. Bir sözlə, əhalinin bütün təbəqələrini əhatə edən bütün bu addımlar insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”.