YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhram Qasemi: ermənilərin Azərbaycan əleyhinə şüar qaldırmaları yolverilməzdir və özbaşınalıqdır

Ermənistanın baş nazirinin İrana səfəri zamanı Tehrandakı “Ararat” klubunda keçirdiyi görüşdə ermənilərin Azərbaycan əleyhinə şüar qaldırmaları yolverilməzdir və özbaşınalıqdır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi keçirdiyi həftəlik mətbuat konfransında deyib.

B.Qasemi qeyd edib ki, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Rəsmi Tehran münaqişənin sülh yolu ilə beynəlxalq prinsiplər çərçivəsində həll olunmasına tərəfdardır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

İki ölkə arasındakı münasibətlərə toxunan B.Qasemi nəzərə çatdırıb ki, Azərbaycan və İran xalqları ortaq tarixə, mədəniyyətə, adət-ənənəyə malikdirlər. Bu gün Tehran ilə Bakı arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Hər iki dövlətin prezidenti siyasi iradə nümayiş etdirərək əlaqələri inkişaf istiqamətinə yönəldib. Birgə iqtisadi layihələr, beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq münasibətlərin mehriban qonşuluq və dostluq əsasında qurulduğunu göstərir.

İran bütün qonşuları ilə yaxşı münasibətdə olmağa çalışır və regionda sülhün və təhlükəsizliyin davamlı xarakter daşımasında maraqlıdır.