YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Dövlət büdcəsinə vəsait daxilolmalarının artımı dinamik inkişafın göstəricisidir

“Dövlət büdcəsinə vəsait daxilolmalarının artımı dinamik inkişafın göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, yanvar ayı ərzində büdcəyə 105 milyon manat əlavə vəsait daxil olub. Onun sözlərinə görə, bu, həyata keçirilən struktur islahatları ilə bağlıdır. Yeni idarəetmə sisteminin qurulması və şəffaflığın təmin olunması artıq öz təsirini göstərir.

“Hesab edirəm ki, cari ilin növbəti aylarında büdcə gəlirlərində daha artıq həcmdə artım qeydə alınacaq. Çünki ölkəmizdə aparılan islahatlar daha da dərinləşir. İqtisadiyyatın idarə edilməsində biznes strukturlarının və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi görülən işlərin nəticəsi kimi qiymətləndirilə bilər. Büdcə gəlirlərinin artması Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və möhkəmlənməsinin bariz göstəricisidir. Heç şübhəsiz, gələcəkdə də bu sahədə görülən işlər davam etdiriləcək. Bunun üçün ilk növbədə korrupsiya halları aradan qaldırılmalı, şəffaflıq tam təmin olunmalıdır. Struktur islahatları daha operativ və daha çevik idarəetmə sistemi formalaşdırır. Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində də ciddi işlər görülüb. Bundan başqa, yeni istehsal sahələri fəaliyyətə başlayıb. Həyata keçirilən layihələr artıq gəlir gətirməyə başlayıb. Sənaye, turizm sektorlarının inkişafı dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi deməkdir. Düşünürəm ki, ilin yekununda büdcə üzrə proqnoz ediləndən daha artıq gəlir əldə etmiş olacağıq”-deyə, C.Osmanov vurğulayıb.