YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyət bərpa olunacaq

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyət bərpa olunacaq. Artıq hər iki tərəfdən komissiyanın bir neçə üzvü dəyişdirilib.

Bunu Gürcüstan Xarici İşlər Nazirinin rəsmisi Vladimir Konstantinidi deyib. Onun sözlərinə görə, yeni üzvlərin seçilməsi və dəyişdirilməsi prosesi başa çatdıqdan sonra komissiya fəaliyyətini bərpa edəcək.

İki ölkə arasında sərhədlərin delimitasiyası prosesi 1996-cı ildə başlayıb. Bu gün sərhədin üçdə iki hissəsi razılaşdırılıb. Qalan hissələrlə bağlı məsləhətləşmələr davam edir.

Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında sərhədin ölkələrimizi birləşdirən amilllərdən biri olduğunu vurğulayaraq deyib: “Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır”.

DİGƏR Xəbərlər Arxiv