YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda ilk dəfə “Baltic Weekend: Baku Edition” beynəlxalq kommunikasiya forumu keçiriləcək

Aprelin 18-19-da Bakıda kommunikasiya üzrə “Baltic Weekend” beynəlxalq forumu keçiriləcək.

Bakıda ilk dəfə keçiriləcək “Baltic Weekend: Baku Edition” forumunun işində kommunikasiya bazarı (PR, reklam və marketinq sahəsində müətəxəssislər), hökumət, biznes və media nümayəndələri olmaqla ümumilikdə 100-dən çox nümayəndə iştirak edəcək. İkigünlük forum çərçivəsində dünya kommunikasiya bazarının transformasiyası, qlobal trendlər, qabaqcıl texnologiyalar və effektiv alətlər məsələləri, həmçinin biznes üçün əsas çağırışlar müzakirə olunacaq.

Forumda kommunikasiya sahəsinin aparıcı müətəxəssisləri və biznes cəmiyyətinin nümayəndələri, həmçinin ictimaiyyətlə əlaqələr üzrə direktorlar, brend menecerlər, marketoloqlar və reklamçılar, Rusiya və xarici şirkətlərin top menecerləri, o cümlədən, hökumət, media və komunikasiya sektorunda fəaliyyət göstərən assosiasiyaların nümayəndələrinin çıxışları dinləniləcək.

DİGƏR Xəbərlər Arxiv