YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır

“Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu, artıq dünya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır. Bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyevin hərtərəfli düşünülmüş və əsasını qoyduğu dövlətçilik strategiyası dayanır. Ümummilli liderin 1990-cı illərdə müəyyənləşdirdiyi bütün strateji hədəflər, cənab Prezidentin zamana uyğun olaraq atdığı taktiki addımlar nəticəsində bir çox ölkələrin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycan qısa bir zaman kəsiyində nail oldu”. Bu fikirləri yap.org.az saytına müsahibsində Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, həyata keçirilən BTC, Bakı-Ərzurum, Bakı-Supsa, TAP, TANAP kimi neft-qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən Bakı-Tibilisi-Qars dəmir yolu, tarixi İpək Yolunun bərpası, Ələt ticarət və hava limanlarının tikintisi, şimal-cənub dəmiryolunun birləşdirilməsi təbii olaraq Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməklə yanaşı ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.

“Son 15 ildə ÜMD 3,3 dəfə artmışdır, ölkəyə 250 milyard dollar sərmayə qoyulmuşdur, valyuta ehtiyatları artaraq 45 milyard dollara çatmışdır, sənaye istehsalı 2,6 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artmışdır. 2 milyon yeni iş yeri yaradılmışdır. Azərbaycan bir çox ölkələrə, ələlxüsus da qardaş Türkiyəyə sərmayələr qoymuşdur. Bu da gələcəkdə Azərbaycana iqtisadi dividentlər gətirəcəkdir. Hər bir azərbaycanlının qürur hissinə çevrilmiş, dünyanın ən güclü orduları siyahısına düşmüş ordumuz formalaşmışdır. Ordumuzun saxlanılmasına, texniki təchizatına, yeni silahların alınmasına ayrılan vəsait bütövlükdə düşmən ölkənin dövlət büdcəsindən çoxdur. Bu da təbii olaraq zərurətdən doğur. Son illər Azərbaycanda, paytaxt Bakıda elə bir gün yoxdur ki, beynəlxalq tədbirlər, simpoziumlar, forumlar, idman yarışları keçirilməsin. Cənab Prezidentin apardığı aktiv xarici siyasət nəticəsində Bakı bir çox dövlətlərin, beynəlxalq təşkilatların dialoq apardığı məkana çevrilmişdir. Hətta dünya supergüclərinin danışıqlar aparmaq üçün Bakını seçməsi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfü deyil ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra BMT TŞ-nın qeyri daimi üzvü seçilmiş və sədrlik etmişdir. Bütövlükdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada güclü inkişaf olmasın. Bütün bunların kökündə yalnız bir amil durur: Respublika Prezidenti cənab İlham Əliyevin yaratdığı sabitlik və Onun apardığı hərtərəfli düşünülmüş dövlətçilik siyasəti”-deyə, deputat qeyd edib.