YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupununun sabiq həmsədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranıb

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranıb.

Bunu "Amerikanın səsi" radiostansiyasına müsahibəsində ATƏT-in Minsk qrupununun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib ki, yaranan yeni situasiya münaqişənin nizamlanması üçün imkanlar açır.

Sabiq həmsədr "yeni situasiya" dedikdə, Ermənistanda hakimiyyətin dəyişməsi ilə meydana gələn yeni imkanları nəzərdə tutduğunu qeyd edib:

"Əminəm ki, belə şəraitdə həmsədrlər iki ölkənin liderləri arasında rəsmi görüşün təşkili üzərində çalışırlar".