YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Srdan Kusovac: Gələcək nəsil Humanitar Forumun nəticələrindən bəhrələnəcək

Gələcək nəsil Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrindən bəhrələnəcək.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Monteneqro Baş nazirinin müşaviri, mətbuat və informasiya şöbəsinin müdiri Srdan Kusovac söyləyib.

Bakı və Forum haqqında təəssüratlarını bölüşən S.Kusovac deyib: “Vətənimə Azərbaycandan çox gözəl təəssüratlarla qayıtdım. Bakı məni heyran etdi. Bu şəhərin memarlıq xüsusiyyətləri və insanların qonaqpərvərliyi məndə çox xoş hisslər yaratdı. Forum haqqında ilk olaraq onu deyə bilərəm ki, müxtəlif ölkələrin sabiq dövlət başçılarını, Nobel mükafatı laureatlarını, intellektualları bir araya gətirən bu tədbir mühüm önəm kəsb edir. Forum yüksək səviyyədə təşkil olunmuşdu, ölkənizin belə bir tədbirə ev sahibliyi etməsi ilə qürur duya bilərsiniz”.

Monteneqro Baş nazirinin müşaviri əlavə edib ki, Azərbaycan bu növ dialoqun genişləndirilməsi vəzifəsini üzərinə götürməklə müvafiq istiqamətdə rolunu daha da gücləndirir. O deyib: “Ölkəniz multikonfessional və multikulturalizm ənənələrinin güclü olduğu bir məkandır. Maraqlı cəhət budur ki, torpaqlarının bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycan dünyada baş verən problemlərə də biganə yanaşmır”.

S.Kusovac bütün ölkələrin Azərbaycanın tətbiq etdiyi mədəniyyətlərarası dialoqu genişləndirmək modelini nümunə götürmələrinin vacibliyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv