YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İspaniya arasında hərbi əlaqələr NATO proqramları və ikitərəfli əməkdaşlıq əsasında həyata keçirilir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Z.Həsənov regionda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ispaniyalı qonağı məlumatlandırıb. Müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin həm NATO proqramları, həm də ikitərəfli əməkdaşlıq əsasında həyata keçirildiyini və bu münasibətlərin genişləndirilməsi istiqamətində davamlı addımların atılmasını xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv