YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Hümbətov: Cari ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 7,6 milyon manat güzəştli kredit verilib

“Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən ciddi dəstək göstərilir”. Bu fikri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədr müavini Samir Hümbətov deyib.

S.Hümbətov bildirib ki, Sahibkarlığın İnkişafı Fondunun vasitəsilə sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilir.

“Cari ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 9,1 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 7,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 270 yeni iş yerinin açılmasına imkan yaradır”-deyə, o, qeyd edib.