YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılmasına dair Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılmasına dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentinin ehtiyat fondundan İctimai Birliyinə bir milyon manat ayrılıb.