YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komisarı Günter Ottinger ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasından məmnunluq ifadə olunub. Bu baxımdan layihə üzrə Məşvərət Şurasının toplantılarının əhəmiyyəti vurğulanıb. Cənab Prezident bu layihənin icrasında Avropa ittifaqının fəal iştirakını və rolunu qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” nin rəsmi açlış mərasimi 2018-ci ilin may ayında keçirilib. Layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Onun sözlərinə görə, bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komisarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub. O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar. Bunula Məşvərət Şurasına üzv ölkələrin sayı 17-ə çatmışdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsi marağı olan bütün ölkələr üçün açıqdır.

“Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır. Bu layihə Avropa İttifaqının eneryi təhlükəsizliyinin, iqtisadi stabilliyinin və eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilib. Bütövlükdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir. Bu Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığını göstərir və Azərbaycanın dünyada durmadan artan nüfuzunun göstəricisidir”-deyə, R.Əliyev qeyd edib.