YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir

“Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən minimum pensiyaların məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Onun sözlərinə görə, qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
“Hazırda minimum pensiyanın məbləği 116 manatdır və hazırkı artım pensiyaçıların rifahının daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. Bu artım nəticəsində 9 min nəfərin pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz aracaq. Bütövlükdə isə artım, 38.5 faiz olacaq. Minimum pensiyaların məbləğinin artırılması əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addımdır. Prezident İlham Əliyev bu günlərdə Sumqayıt şəhərinə səfəri zamanı bildirdi ki, əhalinin sosial müdafisinin gücləndirilməsi işi ardıcıl olaraq davam etdiriləcək. Minimum pensiyaların məbləğinin artırılması da bu prosesin tərkib hissəsidir”-deyə, komitə sədri vurğulayıb.