YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Fevralın 19-da Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Əli Əhmədov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.  Azərbaycanla Türkiyə arasında  dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunan YAP Sədrinin müavini bu əlaqələrin Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb.  Əli Əhmədov bildirib ki, Türkiyə daim inikişaf edir, güclənir və nəinki regionun, bütövlükdə dünyanın çox güclü dövlətlərindən birinə çevrilib. “Türkiyənin inkişaf etməsi və güclənməsi Azərbaycanı çox sevindirir. Çünki biz bir millətin iki dövlətiyik. Eyni zamanda, bu gün Azərbaycan da dinamik inkişaf edir. Son 15 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atıb. Ölkəmiz bütün sahələr üzrə mühüm nailiyyətlər qazanıb, müasirləşib, yeniləşib, eləcə də regionun liderinə çevrilib”-deyən, Baş nazirin müavini qeyd edib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə enerji layihələri hər iki qardaş dövlətin gücünü daha da artırır. Onun fikrincə, münasibətlərin inkişafında hər iki ölkənin liderinin xüsusi rolu var.  

Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir birinə hər zaman ciddi dəstək verdiyini deyən Əli Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişənin ədalətli həlli prosesində Türkiyə Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir və bu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir. Onun fikrincə, qarşımızda duran əsas vəzifələrimizdən biri iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirərək xalqlarımızı bundan sonra da irəli aparmaqdır. YAP Sədrinin müavini Türkiyədə qarşıdan gələn bələdiyyə seçkilərinin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Əli Əhmədov deyib ki, Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sarsırlmazdır və bunu heç bir qüvvə  poza bilməz.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım hər iki ölkənin inkişafının əhəmiyyətini vurğulayaraq xalqlarımız üçün böyük faydasını diqqətə çatdırıb. Dostluq qrupunun rəhbəri qeyd edib ki, ölkələrimizin liderləri əlaqələrin daha da inkişafına böyük önəm verir. O, Türkiyə və  Azərbaycan parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitsinin sərd müavini Ağalar Vəliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Konya deputatı,  Dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem,  Ərzurum deputatı, qrupun üzvü İbrahim Aydemir, Kars deputatı, qrupun üzvü Yunus Kılıç, İstanbul deputatı, qrupun üzvü Tunay Kaynarca, Gazianter deputatı, qrupun üzvü Mehmet Erdoğan, Iğdır deputatı, qrupun üzvü Yaşar Karadağ və TBMM əməkdaşı Türkey Yener  iştirak ediblər.