YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında «Gənclik və milli-mənəvi dəyərlər» mövzusunda tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Qadınlar Şurası «Gənclik və milli-mənəvi dəyərlər» mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən   YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərlərə sahib olduğunu bildirib. P.Hacıyeva, bu dəyərlərin gənclərimiz tərəfindən qorunmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edənlər qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının milli adət-ənənələrinin əhəmyyətini qeyd edərək bildiriblər ki, müasir gənclik bu ənənələrə əməl etməli və onu yaşatmağı, gələcəyə doğru aparmağı başlıca vəzifələrindən biri hesab etməlidirlər.