YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkovla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

IDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.

Sərgi zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə də görüşüb.

Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv