Xəbərlər
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə gələcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/02df1abe9b4d3ad07ed738fcf8c0f797.jpg&w=360)
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə səfər edəcək.
E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edəcək. İclasa ABŞ, Avropa Komissiyası, layihə üzvü 7 ölkə, eləcə də Balkan ölkələrinin yüksək səviyyəli hökumət nümayəndələri, iştirakçı şirkətlər və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxslərinin qatılacağı planlaşdırılır.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.