YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq

“Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Sosial rifahının yüksəlməsi  üçün də lazım olan hər bir şərait yaradılıb”. Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, sosial siyasət sahəsində əldə olunan uğurlardan bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımları xüsusi vurğulamaq yerinə düşər. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, minimum əməkhaqqının artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir.

Millət vəkili qeyd edib ki, dövlət başçısının fevralın 14-də imzaladığı müvafiq sərəncamlar  tələbə-gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsində atılan mühüm addımdır.

“Bununla yanaşı, bu sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq. Hazırda Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində də davamlı işlər görülür. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf bu sektorda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən proqramlar təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib. Bu baxımdan, dövlət başçısının imzaladığı sözügedən sərəncamlar da böyük əhəmiyyət kəsb edir”-deyə, P.Kərimzadə vurğulayıb.