YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bələdiyyə seçkilərinə ciddi hazırlıq gedir

Yeni Azərbaycan Partiyasını bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb. Bunu Trend-ə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, partiyada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq gedir: “Artıq YAP-ın namizədlərinin və səlahiyyətli nümayəndələrinin siyahısı hazırlanıb. Bu həftənin sonunda isə patiyanın İdarə Heyətinin toplantısı keçiriləcək. Toplantıda namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tam tapacaq”.

S.Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: “Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı. Artıq namizədlərin də hamısı müəyyənləşib”.

 

DİGƏR Xəbərlər Arxiv